Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - Videosu

Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının – Videosu

Baxış sayı: 2. 074 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Ermənistan mediasında Bakıdan növbəti hərbi əsirlərin gətirilməsi iddiası yayıldı, lakin daha sonra təyyarənin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kimin olmadığı məlum oldu.

Bu məqamda dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında rəsmi İrəvanın “hərbi əsirlər”lə bağlı iddiasının bir daha əsassız olduğunu açıqlayıb. 

Cixisyolu.com xəbər verir ki, nazir bəyan edib ki, hərbi əsirlər mövzusu artıq həllini tapıb və bu məsələ bağlanıb.

“10 noyabr bəyanatından sonra da Azərbaycan öz məsuliyyətli mövqeyini sərgilədi. Azərbaycan tərəfi 10 noyabrdan sonra Ermənistana 70-dən artıq hərbi əsir verdi, Ermənistan isə Azərbaycan tərəfinə 12-ə qədər hərbi əsir qaytarıb.

Hazırda Ermənistan tərəfindən qaldırılan məsələ 10 noyabrdan təqribən bir ay sonra yaranan bir məsələdir. Azərbaycan hərbi qüvvələri tərəfindən nəzarət olunan, 10 noyabr razılaşmasına əsasən Azərbaycanın nəzarətində olan ərazilərdə Ermənistan hərbçilərin yerləşdirilməsi, təxribatlar törədilməsi nəticəsində 4 nəfər Azərbaycan hərbçisi həlak olub, bir mülki şəxs yaralanıb”, – deyə XİN rəhbəri qeyd edib.

Nazir bildirib ki, Azərbaycan tərəfindən aparılan əməliyyat nəticəsində ermənilərin həmin qrupu zərərsizləşdirilib və 62 nəfər tutulub: “Aparılan istintaq nəticəsində həmin şəxslərin 26 noyabr tarixində Azərbaycan ərazilərində yerləşdirilməsi öz təsdiqini tapıb. Onlar demək olar ki, hamısı Ermənistanın Şirak vilayətindən olan insanlardır. Onlar cinayət törədib, Azərbaycan qanunlarına əsasən həmin insanlar cinayət əməli törədiblər.

Şəxsin hərbi əsir adlandırılması üçün hərbi əməliyyatlar olmalıdır, lakin bu olmadıqda onları terrorçu adlandırmaq olar. Azərbaycan bu barədə beynəlxalq təşkilatları məlumatlandırıb. Biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişdik, bu əməllərin regionda təhlükəsizliyə ciddi təhdid olduğunu və bununla bağlı Ermənistana ciddi təzyiq göstərilməsinin vacibliyini vurğulamışdıq. Ermənistan tərəfi indi bu kimi spekulyasiyalarla özünün üçtərəfli bəyanata zidd addımlarını gözlətmək istəyir”.

Qeyd edək ki, “hərbi əsirlər”in olduğu ehtimal edilən təyyarənin boş olması və Azərbaycan XİN rəhbərinin Bakıdakı çıxışı Ermənistanda etirazçıların narazılığını daha da artırıb. Belə ki, “Erebuni” aeroportuna toplaşanlar hökumətin növbəti yalan xəbəri ilə üzləşdikdən sonra itkin düşmüş hərbçilərin valideynlərinin aksiyasına qoşulmaq üçün Müdafiə Nazirliyinin binasına doğru istiqamət götürüblər. Onlar ölkənin müdafiə idarəsinin binasını mühasirəyə alıblar. Artıq 24 saatdır ki, binadakı insanlar oranı tərk edə bilmirlər.