Tanınmış fitnes-treyner Ceyhun Vəliyev dietoloqları savadsızlıqda günahlandırıb.
ÇıxışYolu.Com xəbər verir ki, o, “Instagram” hesabında bununla bağlı status paylaşaraq bütün dietoloqlara səsləndiyini yazıb:
“Ölkədəki bütün dietoloqlara səslənirəm. Xahiş edirəm gedib fitnes dietasını öyrənin. İlk növbədə öyrənin ki, fitnes-treyner tələbəyə məşq zamanı nə qədər kalori xərclədir. Hər saatbaşı yazdığınız beş ədəd meyvə qurusu ilə tələbə az qala yerə yıxılır.
Soruşanda da deyir ki, dietoloq yazıb. Gedib oxuyun, ondan sonra fitneslə məşğul olan tələbələrlə işləyin. Heç birinizdən də xoşum gəlmir. Biləsiniz”.