3a837cd1-ac67-4737-b9e5-3cc774ef38b6..jpg

Ceyms Kemeronun məşhur filmi nə vaxt yayımlanacaq?

Baxış sayı: 436 dəfə baxılıb.

Ceyms Kemeronun məşhur filmi nə vaxt yayımlanacaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avatar” film seriyasının üçüncü hissəsi 2025-ci ilin qışında – Milad
bayramının qeyd olunduğu tarixlərdə yayımlanacaq.

Bunu rejissor Ceyms Kemeron Yeni Zelandiya televiziya kanalına şərhində
bildirib.

Kinorejissorun sözlərinə görə, film hazırda qızğın “post-production”
mərhələsindədir, və çəkilişlər gərgin rejimdə iki il davam edəcək.

Kemeron qeyd edib ki, o, “Avatar 3”ü təkmilləşdirməyə əksər rejissorların
bütöv bir film çəkməyə sərf etdiyi vaxtdan daha çox vaxt sərf edəcək.

Xatırladaq ki, seriyanın sonuncu filmi, 2009-cu ildəki “Avatar” filminin
davamı olan “Avatar: Suyun Yolu” keçən il qışda nümayiş olunub. Filmin dünya
üzrə kassa gəliri 2,3 milyard dolları ötüb. Filmdə hadisələr ilk filmdəki
hadisələrdən təxminən 15 il sonra cərəyan edir.

Mənbə: forbes.ru

Source link