222f6ad6-7551-471d-917e-dd7a55c7adb1..jpg

Ceyms Şarp: “COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq”

Baxış sayı: 608 dəfə baxılıb.

Ceyms Şarp: “COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar
yaradacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabahkı Laçın səfərini səbirsizliklə gözləyirəm. Çünki işğaldan azad edilmiş
ərazilərdə aparılan bərpa və quruculuq işlərini, ümumiyyətlə, Qarabağdakı
inkişafı öz gözümlə görmək istəyirəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ADA Universitetində təşkil olunan “COP29 və
Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Böyük
Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Layl Şarp söyləyib.

Forumda iştirak etməyi özü üçün şərəf kimi dəyərləndirən diplomat deyib ki,
Prezidentİlham Əliyev forumdakı çıxışında Azərbaycandakı və regiondakı
vəziyyətlə bağlı fikirlərini bölüşüb.

“Mən Azərbaycanda səfir kimi fəaliyyət göstərərkən ölkəm COP26-ya ev sahibliyi
edib. Azərbaycanın bu mötəbər tədbiri təşkil etməsi mühüm hadisədir. COP29-a ev
sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq. Bu, həmçinin böyük
məsuliyyətdir”, – deyə o qeyd edib.

Source link