“Qarabağa iki günlük səfərim zamanı buradakı gözəlliklərə heyran oldum”.
“Report”un məlumatına görə, bu fikirləri Gürcüstandan olan səyyah Ceyran
Qurbanova bildirib.
O qeyd edib ki, Gürcüstanda uşaqlara milli Azərbaycan rəqsləri öyrədən
ansamblda müəllim kimi çalışır və ümumiyyətlə, Azərbaycanın, xüsusən də
Qarabağın tarixi ilə yaxından tanışdır. “Çox istərdim ki, şagirdlərim Qarabağa
gəlsinlər və bu yerlərin gözəlliyini öz gözləri ilə görsünlər” , – o bildirib.
Ağdamdan danışan C. Qurbanova Ermənistan qoşunlarının şəhərə və tarixi
abidələrə qarşı törətdiyi vəhşilikləri vurğulayıb.
“Ağdam məscidində törətdikləri dəhşətli idi. Azərbaycan xalqı öz abidələrini
təhqir etməyə imkan vermir və sülh arzusundadır” , – səyyah fikirlərini
yekunlaşdırıb.