d2b5d1b7-70dd-473e-b4b7-0dacc1a352f7..jpg

Ceyran Rəhimova: “Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım”

Baxış sayı: 560 dəfə baxılıb.

Ceyran Rəhimova: “Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım. Çünki açıq-saçıq
geyinmədən də gündəmdə olmaq olar. Son vaxtlar mənim “Instagram” hesabım
açıqdır. Təbii ki, şərhlərin hamısı xoşagələn deyil. Bu, ola da bilməz.
Aralarında qərəzli şərhlər də var. İnsan özü bilir, həmin qərəzli şərhləri
kimlər yazır. Lakin müsbətlər də var. Ona görə deyirəm ki, vacib deyil
açıq-saçıq geyinib gündəm yaradasan. Müəyyən adamlar var idi ki, o dövrdə efirə
çıxanda geyimi, hərəkəti davranışı ilə. Axı sən həyatda bu deyilsən. Bəs niyə
kamera qarşısına çıxan kimi belə oldun, dəyişdin? Sən bir oxuduğun mahnıya,
onun yazarına, bəstəkarına bax, ondan sonra. Axı sənin oxuduğun xalq mahnısı,
muğamla geyimin düz gəlmir. Ona görə geyimlərinə müdaxilə edirdim”.

Axşam.az xəbər verir ki, sözləri aparıcı Ceyran Rəhimova verilişlərin birində
deyib. O, fəaliyyət göstərdiyi dövrdə qarşılaşdığı rəqabətdən söz açıb. Aparıcı
verilişinin bağlanmasını istəyənlərin olduğunu etiraf edib:

“Mən onları görmürdüm. Həmişə öz işimlə məşğul olmuşam. Verilişin efirə
getməyini istəməyənlər də var idi. Verilişi efirdən çıxarmaq istəyiblər. Amma
yenə də öz işimdə olmuşam. Onlardan bezib televiziyadan getdim. Artıq elə
şeylərlə mübarizə aparmaqdan yoruldum. Ona görə də düşündüm ki, getsəm,
yaxşıdır. Həmin insanlar bu gün heç televiziyada deyil, uzaqlaşıblar”.

C.Rəhimova son aylarda yaşadığı itkilərdən danışıb:

“Güclü qadın ifadəsini sevmirəm. Qadına güclü sözünü yaraşdırmıram. Qadın
incə, zərifdir. Amma həyat bizi gücləndirir. Biz güclü olmağa məhkumuq.
Həyatımda nə qədər çətin anlar olsa da, onların öhdəsindən gəlmişəm. Amma itki
insanı gücdən salır. İstər kişi, istərsə də qadını. Son 10 ayda həyatımda iki
ağır itki oldu. Gördüm ki, həqiqətən də gücümü itirmişəm. Dünyasını dəyişmək
asandır, amma onun dərdini çəkmək çətindir”.

Qeyd edək ki, C.Rəhimova uzun illər AzTV-də “Sən bir nəğmə” verilişinin
aparıcısı olub. Bu yaxınlarda aparıcı tezliklə efirə qayıdacağını bildirmişdi.

Aparıcının bir müddət əvvəl bacısı vəfat edib.

Source link