ceef370c-2cd7-4d46-b004-ced41c38b194..jpg

Ceyranbatanda mənzildə partlayış baş verib, yaralı var – FOTO

Baxış sayı: 590 dəfə baxılıb.

Ceyranbatanda mənzildə partlayış baş verib, yaralı var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron
rayonu, Ceyranbatan qəsəbəsi ərazisində mənzildə partlayış baş verməsi barədə
məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə
cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli
yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kvadratmetr olan
üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması
nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, iki otağın
pəncərələri qırılıb.

Hadisə nəticəsində mənzilin sahibi 1953-cü il təvəllüdlü Lyudmila Viktorovna
İbadova xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Source link