“Charlie Hebdo” Fransa millisini meymunlara bənzətdi

Baxış sayı: 1. 965 dəfə baxılıb.

“Charlie Hebdo” Fransa millisini meymunlara bənzətdi

Fransanın satirik “Charlie Hebdo” jurnalı son buraxılışını ölkə millisinin futbol üzrə dünya çempionatında qazandığı qələbəyə həsr edib.

ÇıxışYolu.Com xəbər verir ki, nəşr üz qabığında komandanın oyunçularını Fransa prezidenti Emmanuel Makronun başı ilə əks etdirib.

Digər bir karikaturada isə millinin üzvləri Dünya kubokunu bananla səhv salan meymunlar kimi təqdim ediliblər. Heyvanlara dünya çempionatının baş mükafatı təqdim olunur. Onlardan biri “Banan!” deyir, digər isə “Bu portağaldır!” söyləyir.

Fransanın mundialdakı qələbəsindən sonra bu uğurun əsasən Afrika əsilli oyunçuların müqabilində qazanıldığı fikirləri səsləndi. 

Opponentlər isə iddia edirlər ki, kollektivin bütün üzvlər Fransada anadan olublar və yerli futbol məktəblərinin yetirmələridirlər.

www.ÇıxışYolu.Com