window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Fransanın satirik “Charlie Hebdo” jurnalı növbəti buraxılışının üz qabığında alova bürünmüş Notr-Dam Kilsəsi və gülümsəyən Fransa prezidenti Emmanuel Makronun karikaturasını dərc edib.
“Yanan Notr-Dam: yalnız bu çərşənbə axşamı günortadan etibarən “Charlie Hebdo” elektron versiyada və Parisin 50 köşkündə satışa çıxarılacaq”, – deyə dərginin “Twitter” hesabında deyilir.
Qırmızı fonlu üz qabığında ağ şriftlərlə “islahatlar” sözü yazılıb. Mərkəzdə isə başını alov bürümüş Notr-Dam Kilsəsinin həkk olunduğu Makronun karikaturası təqdim olunub.
“Mən kilsənin asma konstruksiyasından başlayacağam”, – deyə prezidentdən sitat gətirilir.
Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı aktual mövzularda hazırladığı karikaturaları ilə tanınır. Jurnalın redaksiyası Məhəmməd peyğəmbərin karikaturasına görə 2015-ci ildə terror hücumuna məruz qalmışdı. Silahlı hücum nəticəsində 12 nəfər, o cümlədən, iki polis əməkdaşı həlak olmuşdu.
Incendie de Notre Dame : exceptionnellement Charlie Hebdo sort ce mardi, dès midi en version numérique et dans 50 kiosques parisiens.
abo ➡️ https://t.co/e10qp1TLQk // liseuse ➡️ https://t.co/HEzD7iIf9P pic.twitter.com/rkfksX0BsN
— Charlie Hebdo (@Charlie_Hebdo_) 16 April 2019