47168547-be37-476c-949f-0ef6174158f2..jpg

CHP-nin sədri Azərbaycana səfər edəcək

Baxış sayı: 622 dəfə baxılıb.

CHP-nin sədri Azərbaycana səfər edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana
səfər edəcək.

Bu barədə partiya rəhbəri “Habertürk”ə müsahibəsində deyib.

“CHP dövləti qurmuş, institutlaşdırmış partiyadır. Bu, institutlaşdırmada
əməyi böyükdür. Dövlətin bəzi ənənələrindən uzaqlaşmaq olmaz. Seçkilər bitdi,
qurultaydan sədr kimi çıxdım. İlk ziyarəti Şimali Kiprə etdim. Daha sonra
Azərbaycandan görüş istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, – deyə o
qeyd edib.

Siyasətçi qarşıdakı günlərdə Azərbaycana səfər etməyi planlaşdırdıqlarını
açıqlayıb.

Xatırladaq ki, aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament
Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə
etmişdi.

Bundan başqa, fevralın 17-də ana müxalifət lideri Azərbaycan Prezidenti İlham
Əliyevi seçkidəki qələbə münasibəti ilə təbrik edib.

Source link