cbe02b43-72e0-415a-9d2c-f33e80424ad5..jpg

CHP-nin yeni lideri Özgür Özel – Kimdir? + FOTO/VİDEO

Baxış sayı: 2. 162 dəfə baxılıb.

CHP-nin yeni lideri Özgür Özel – Kimdir? + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl seçilib.

O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna
qalib gəlib.

Cixisyolu.com partiyanın 8-ci başqanının avtobioqrafiyasını təqdim edir:

Manisa millət vəkili Özgür Özəl 1974-cü ildə Manisada anadan olub. Ege
Universitetinin Əczaçılıq Fakültəsində bakalavr təhsili alan Özəl 1999-cu ildə
əczaçı kimi fəaliyyətə başlayıb. 2001-2007-ci illər arasında əczaçı,
2007-2011-ci illərdə isə Türkiyə Əczaçılar Birliyində mühasib işləyib. 2011-ci
ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub, 4 il sonra isə
partiyanın deputat qrupunun sədri olub.

Yeni başqan alman və ingilis dillərini bilir, evlidir, bir övladı var.

Qeyd edək ki, 1923-cü ildə qurulmuş CHP Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından sonra ölkədə
ikinci güclü partiyadır.


Source link