Aqressiv qazın amerikalı hərbi xidmətçilərə hücum çəkməsi görüntüsü sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Oklahoma ştatının Fort Sil bazasında qeydə alınıb.
Müşahidə kamerasına düşən görüntüdə qazın yaxınlıqdan keçən hərbçilərdən birinin üzərinə cumduğunu görmək olur. Hərbçi diksinərək təşviş içində qazdan qaçmağa çalışır.
Sosial şəbəkədə bir çoxları hadisəni “möhkəm amerikalı əsgərlər qazdan qorxdu” deyə şərh edib.