e0f76f2f-0e74-4e26-b9f1-d66c9224930d..jpg

Çilidə doğulan körpəyə Qrizman Mbappe adı verildi: Ailədə digər “futbol ulduzları” da var

Baxış sayı: 2. 382 dəfə baxılıb.

Çilidə doğulan körpəyə Qrizman Mbappe adı verildi: Ailədə digər “futbol
ulduzları” da var

Çilidən olan boliviyalı cütlük yeni doğulan körpəsini Kilian Mbappe və Antuan
Qrizmanın şərəfinə Qrizman Mbappe Çambi Pakaxe adlandırıb. Körpə yanvarın 1-də
doğulub.

Məlum olub ki, uşaqlara futbolçu adlarının verilməsi çoxdankı ailə ənənəsidir.
Körpənin valideynləri Teodora Pakaxe və Hektor Çambi yerli mediaya bildiriblər
ki, onların digər oğullarının adı Ceyms Modriç, Hektorun bacısı oğullarının adı
isə Andres İniesta, Neymar Ronaldo və Leonal (originalla səhv salmamaq üçün)
Messidir.

“Biz futbolu və idmanı sevən təvazökar insanlarıq. Uşaq ikən futbol bölməsində
məşğul olurdum. Amma sonradan oranı tərk etməli oldum. İndi mən “Kristal Totor”
komandasında oynayıram və klubu idarə edirəm. Boliviyalıların oynadığı xüsusi
liqamız var. Mən hücumçuyam. Hətta 2018-ci ildə çempion da olmuşuq”,-deyə
Hektor qeyd edib.

Mənbə: Sports.ru

Source link