843fd38c-9320-4397-a803-c10bc433a864..jpg

Çilinin sabiq prezidenti helikopter qəzasında həlak olub

Baxış sayı: 684 dəfə baxılıb.

Çilinin sabiq prezidenti helikopter qəzasında həlak olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çilinin keçmiş prezidenti Sebastyan Pinyera ölkənin cənubunda helikopter
qəzası nəticəsində ölüb.

Qeyd olunur ki, göyərtəsində 74 yaşlı siyasətçinin olduğu helikopter ölkənin
cənubundakı Los Rios bölgəsində qəzaya uğrayıb. Göyərtədə dörd nəfər – ehtimal
ki, Pinyera ailəsinin üzvləri olub. İlkin məlumata görə, üç nəfər sağ qalıb.
Eks-prezidentin helikopteri şəxsən idarə etdiyi bildirilir.

Helikopter gölə düşərək batıb. Pinyera təhlükəsizlik kəmərini aça bilmədiyi
üçün kabinədən tez çıxa bilməyib.

Xatırladaq ki, Sebastyan Pinyera iki dəfə – 2010-2014 və 2018-2022-ci illərdə
ölkənin rəhbəri olub.

Mənbə: mk.ru

Source link