Çılpaq aktrisa Bil Kosbinin üzərinə atıldı – VİDEO

Çılpaq aktrisa Bil Kosbinin üzərinə atıldı – VİDEO

Baxış sayı: 2. 297 dəfə baxılıb.

ABŞ-ın Pensilvaniya ştatında qaradərili aktrisa Nikol Roşel Norristaun məhkəməsinin qarşısında çılpaq etiraz aksiyası keçirib.

ÇıxışYolu.Com “New York Post”a istinadən xəbər verir ki, həmin məhkəmə binasında məşhur yumorist-aktyor Bil Kosbiyə qarşı açılmış cinayət işinə baxılır.

Qoca aktyor keçmiş illərdə qadınlara qarşı cinsi istismarda təqsirləndirilir.

Aksiyada Roşel sinəsini açaraq, cinsi istismara qarşı müxtəlif şüarların və Kosbinin “qurbanlarının” adlarının göstərildiyi yazıları üzə çıxarıb. 

Çılğın etirazçı təhlükəsizlik çəpərini aşaraq artistin üzərinə irəliləyib və “Women’s Lives Matter”  (qadınların da həyatı dəyərlidir) şüarını səsləndirib.

Sonradan o, polis tərəfindən saxlanılıb.

Jurnalistlər Roşelin, məhkəməsi davam edən amerikalı aktyorla “Kosbi şousu” adlı sitkomda çəkildiyini öyrənib.  Aktrisa eyni zamanda “Qanun və qayda” , “Nyu-York polisi” kimi məşhur ABŞ seriallarında rol alıb.

F.M.
www.ÇıxışYolu.Com