63720588-733f-431d-8bb8-dc29c4b6a665..jpg

“Çılpaq gecə”də iştirak edən Filipp Kirkorovla bağlı qərar verildi

Baxış sayı: 555 dəfə baxılıb.

“Çılpaq gecə”də iştirak edən Filipp Kirkorovla bağlı qərar verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur rusiyalı müğənni Filipp Kirkorov aktrisa və bloqer Anastasiya
İvleyevanın “çılpaq gecə”sində iştirak etdiyinə görə Rusiya Federasiyasının
Xalq artisti titulundan məhrum edilməyəcək.

Bu barədə Rusiya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik və Korrupsiyaya ilə Mübarizə
üzrə Federal Layihənin rəhbəri Vitali Borodin Mədəniyyət Nazirliyinə müvafiq
bəyanatla müraciət edib. Onun sözlərinə görə, Kirkorov İvleyevanın gecəsində bu
yüksək rütbəni nüfuzdan salıb.

Xatırladaq ki, dekabrın 21-nə keçən gecə Moskvada yerləşən “Mutabor” klubunda
baş tutan tədbirdə qonaqlardan “faktiki olaraq çılpaq” gəlmələri istənilib.
Tədbirdə Filipp Kirkorovdan başqa Dima Bilan, Lolita Milyavskaya, Qlyukoza,
Anna Asti və jurnalist Kseniya Sobçak da iştirak ediblər.

Mənbə: TASS

Source link