e76a9df6-f32b-4c69-90dd-d5d9ff84cff6..jpg

“Çılpaq gecə”yə qatılan Filipp və Lolita Yeni il qış şousundan uzaqlaşdırıldılar

Baxış sayı: 581 dəfə baxılıb.

“Çılpaq gecə”yə qatılan Filipp və Lolita Yeni il qış şousundan
uzaqlaşdırıldılar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur rusiyalı sənətçilər Filipp Kirkorov və Lolita Milyavskaya Yeni il
münasibətilə hazırlanan “Qış şousu”nda iştirak edəcək artistlərin siyahısından
çıxarılıblar.

Bu barədə şounun nümayiş olunacağı “Live Arena” saytında məlumat verilib.

Filipp və Lolitanı şouda Lyusya Çebotina, Həbib və Burito əvəz edəcək.

Qeyd edək ki, Kirkorov və Milyavskaya ilə bağlı bu qərar bloqer Anastasiya
İvleyevanın Moskvanın “Mutabor” klubunda təşkil etdiyi “çılpaq gecə”yə
qatılmalarından sonra verilib.

Lakin buna baxmayaraq, həmin gecəyə, demək olar ki, eyni dərəcədə çılpaq
qatılan Dima Bilan isə “Qış şousu”nun iştirakçıları siyahısında qalır.

Xatırladaq ki, Filipp Kirkorovun bu tədbirdən sonra Xalq artisti adından
məhrum ediləcəyi ilə bağlı müzakirələr aparılsa da, nəticədə bu addan məhrum
edilməməsi ilə bağlı qərar verilib.

Mənbə: RTVI

Source link