Çılpaq şəkillərə görə iş yoldaşını öldürən fəhlənin şikayəti təmin edilmədi

Çılpaq şəkillərə görə iş yoldaşını öldürən fəhlənin şikayəti təmin edilmədi

Baxış sayı: 2. 371 dəfə baxılıb.

Çılpaq şəkillərə görə iş yoldaşını öldürən fəhlənin şikayəti təmin edilmədi

Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Anar Əsgərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara əsasən, A.Əsgərovun barəsində olan cəzanın yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti təmin olunmayıb. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il dekabrın 12-də Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində fəhlələr Anar Əsgərov Azər Xalıqov arasında mübahisə yaranıb.

Nəticədə Anar Əsgərov Azər Xalıqovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən Anar Əsgərov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Azər Xalıqov Anar Əsgərovun yatdığı yerdə şəkillərini çəkib və həmin şəkilləri tanışlarına göndəririb.

Anar Əsgərov iş yoldaşının bu şit zarafatından qəzəblənib və bir də belə zarafat etməməsini tələb edib.

Lakin Azər Xaliqov zarafatları davam etdirib. Bundan əsəbiləşən Anar Əsgərov Azər Xalıqovu bıçaqlayaraq öldürüb.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com