34514cac-02a8-4639-861c-a41c7f8f0244..jpg

Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları Bakıda keçiriləcək

Baxış sayı: 836 dəfə baxılıb.

Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ
oyunları Bakıda keçiriləcək

Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ
oyunları Bakıda keçiriləcək.

Bu barədə Dünya Çimərlik Futbolu Təşkilatı (Beach Soccer Worldwide) rəsmi
saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 2-9 iyul tarixlərində baş tutacaq yarışın formatı da artıq
məlumdur. Əvvəlcə reytinqdə ilk 12-liyə düşməyən komandalar qrup mərhələsində
mübarizə aparacaqlar. İyulun 5-7-si aralığında reytinqin ən yaxşı 12 komandası
yarışacaq. Hər qrupdan 4 komanda növbəti mərhələyə adlayacaq.

İyulun 8-də yarımfinal və pley-off oyunları təşkil ediləcək. Ertəsi gün isə
final matçı və 3-16-cı yerlər uğrunda pley-off qarşılaşmaları olacaq.

Seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində
keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Dünya Çimərlik Futbolu Təşkilatının prezidenti Joan Kusko ev sahibliyini qəbul
etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib:

“Qısa müddətdə məkan tapmaq asan olmadı. Tədbirin keçirilmə tarixlərinin
Avropa Oyunlarına yaxın olduğunu bilirik. Heç də ideal vəziyyət deyil. Lakin
biz mümkün olan ən yaxşı yarışı keçirəcəyimizə inanırıq. Bakıdakı gözəl
çimərlik arenasında mümkün qədər çox Avropa komandasının iştirak etməsini
səbirsizliklə gözləyirik”.

Source link