Çinin “Air China” aviaşirkətinə məxsus təyyarəsi sərnişinlərdən birinin stüarda hücum etməsi səbəbindən təhlükəsizlik məqsədi ilə Xenan əyalətinin Çjençjou şəhərində təcili eniş edib.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, Çanşadan Pekinə uçan laynerin sərnişinləri sağ-salamat göyərtəni tərk edib və gözləmə zalına yönləndirilib.
Ərazidə polis işləyir. Hadisənin təfərrüatları məlum deyil.