Çin ABŞ-a adekvat cavab verdi

Baxış sayı: 3. 266 dəfə baxılıb.

Çin ABŞ-a adekvat cavab verdi

Avqustun 23-dən Çin ABŞ mallarının idxalına əlavə rüsumlar tətbiq edəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Çinin Maliyyə nazirliyinin bəyanatında bildirilir.

Elə həmin gün ABŞ Çin mallarına tətbiq olunan tarifləri artıracaq.

Çinin 25%-lik rüsumu ümumi dəyəri 16 milyard dollar təşkil edən Amerika məhsullarına şamil olunacaq.

Avqustun əvvəlində Çin Dövlət Şurası ümumi dəyəri 60 milyard dollar olan Amerika mallarına tətbiq ediləcək rüsumların siyahısını təsdiq edib.

2493 adda məhsulun tarifləri 25%-dək artırıla bilər.

www.ÇıxışYolu.Com