Çinin Dövlət Şurası ABŞ-dan idxal olunan 128 adda məhsula rüsumlar tədbiq edib.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə Çinin Maliyyət Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, Çin aprelin 2-dən 7 növdə və 128 adda Amerika məhsuluna qoyulan gömrük güzəştindən imtina edir. Həmçinin məlumatda qeyd olunub ki, Birləşmiş Ştatlardan idxal olunan meyvə və onlardan hazırlanan qida məhsullarına görə 15 faiz, donuz əti və ondan hazırlanan məhsullara görə 25 faiz vergi alınacaq.
Sözü gedən tədbirlərin bu yaxınlarda ABŞ administrasiyasının Çin mallarına tədbiq etdiyi rüsumlara cavab olaraq həyata keçirildiyi bildirilir.