Çin ABŞ-la ticarət müharibəsinə hazırdır

Çin ABŞ-la ticarət müharibəsinə hazırdır

Baxış sayı: 3. 004 dəfə baxılıb.

Pekin ABŞ-ın Çin investisiyalarına qarşı mümkün maneələrinə hazırdır. 

ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, bu sözləri Çinin Kommersiya Nazirliyinin rəsmi nümayəndəsi Qao Fen deyib. 

“Biz istənilən birtərəfli proteksionizm tədbirlərinə qarşıyıq. Ümid edirəm ki, ABŞ da ümumdünya tendensiyalarına uyğun fəaliyyət göstərəcək. Çin Vaşinqton tərəfindən atılacaq istənilən mümkün addımlara qarşı hazırlanıb”, – deyə o bildirib. 

Məmur xatırladıb ki, Çin kapitalı hesabına ABŞ-da çox sayda yeni iş yerləri açılıb və Pekin ABŞ iqtisadiyyatının inkişafına stimullaşdırıcı təsir göstərib.

Qeyd edək ki, bu ilin martında Çin ilə ən böyük iqtisadi tərəfdaşı olan ABŞ arasında münasibətlər gərginləşib. ABŞ prezidenti Donald Tramp ölkəyə idxal edilən bəzi məhsullara gömrük vergisinin tətbiqini nəzərdə tutan qərar qəbul edib. 

ABŞ prezidenti martın 22-də “Çinin aqressiv iqtisadiyyatı” ilə mübarizə memorandumunu imzalayıb. Çin isə öz növbəsində, aprelin 2-də Amerikanın 130 şirkətinin idxal etdikləri məhsullara 25 faiz vergi tətbiq etmək qərarına gəlib.

www.ÇıxışYolu.Com