Çinin Cibutidəki hərbi bazasının əsgərləri ABŞ hərbi təyyarələrinin uçuşuna maneə yaratmaq üçün lazerlərdən istifadə edib.
ÇıxışYolu.Com xəbər verir ki, ABŞ KİV-də yayılan bu xəbəri Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt da təsdiqləyib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton artıq insidentlə bağlı Çinə nota göndərib və Pekinin məsələyə aydınlıq gətirməsini tələb edib. Uayt bildirib ki, lazerlə tuşlama nəticəsində pilotların həyatına ciddi təhlükə yaranıb.
İddiaya görə, lazerli hücum zamanı iki amerikalı pilot zərər çəkib.