34eefb6f-6012-4384-a471-3097d35ce0ca..jpg

Çin ABŞ-yə göndərdiyi “dostluq elçisi”ni geri qaytarır – FOTO

Baxış sayı: 901 dəfə baxılıb.

Çin ABŞ-yə göndərdiyi “dostluq elçisi”ni geri qaytarır – FOTO

Çin ABŞ-yə yolladığı nəhəng “Ya Ya” pandasını geri qaytarır.

Bu barədə Çinin Meşə və Çöl İqtisadiyyatı Dövlət Administrasiyası xəbər yayıb.

Bildirilir ki, panda yaxın günlərdə ABŞ-nin Tennessi ştatının Memfis
Zooparkından Çinə aparılacaq.

“Ya Ya” 2000-ci ildə Pekin Zooparkında dünyaya gəlib. 2003-cü ildə o, “dostluq
elçisi” kimi 10 il müddətinə Memfisdəki Zooparka göndərilib. 2013-cü ildə
müqavilənin müddəti eyni müddətə uzadılıb. Ancaq cari ilin fevral ayında
heyvanın sağlamlığını yoxlamaq üçün Memfis Zooparkına baş çəkən çinli
mütəxəssislər qrupu “Ya Ya”nın dəri xəstəliyinə tutulduğunu aşkar edib.

Mənbə: Gazeta.ru

Source link