İyulda Çin Müdafiə Nazirliyinin keçirdiyi hərbi təlimlərdə sovet yaylım atəşi reaktiv sisteminin ölkə istehsalı olan tank üzərində quraşdırılmış variantı nümayiş olunub.
ÇıxışYolu.Com xəbər verir ki, müvafiq şəkilləri Çin ordusunun ingilisdilli “China Military Online” saytı dərc edib.
Fotolarda Çində istehsal edilən PHZ-89 sistemi əks olunub.
Sovet “Qrad”larından fərqli olaraq, qurğunu əlavə 40 reaktiv mərmi ilə təchiz ediblər. Bu isə silahın yenidən döyüş vəziyyətinə gətirilməsi üçün tələb olunan vaxtı 2 dəfə azaltmağa imkan verir. Bunun üçün cəmi 3 dəqiqə tələb olunur.
Qurğunun atəş məsafəsi 30 kilometr təşkil edir. PHZ-89 450 kilometr məsafəni qət etmək iqtidarındadır. Ekipaj 5 nəfərdən ibarətdir.