Çin dünyanın ən sürətli internetini istifadəyə verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çin saniyədə 1,2 Terabit məlumat ötürmə sürətini təmin edən yeni fiber-optik
internet kabelini istifadəyə verib. Bu, bir saniyədə 150 HD filmin ötürülməsinə
bərabərdir.
Uzunluğu üç min km-dən çox olan kabel Çinin üç böyük şəhərlərini birləşdirir:
Pekin, Uhan və Quançjou. O, 2023-cü ilin iyul ayında şəbəkəyə qoşulub və bütün
sınaqlardan uğurla keçərək tam fəaliyyətə başlayıb. Layihəni Çinin aparıcı
təşkilatları, o cümlədən Tsinhua Universiteti, “China Mobile”, “Huawei
Technologies” və “Cernet Corporation” icra edib.
Qeyd olunur ki, Çin kabeli amerikalı rəqiblərindən on dəfəyə qədər sürətlidir.
O, həmçinin ekspertlərin 2025-ci ildən tez məlumat ötürmə sürətinin saniyədə
bir Terabitdən artıq olmayacağına dair proqnozlarına baxmayaraq bu işi iki il
qabaq reallaşdıra biliblər.
Kabel Çinin “Cernet” layihəsinin bir hissəsidir və ölkənin təhsil və elm
mərkəzləri arasında yüksəksürətli internet əlaqələrinin yaradılmasına yönəlib.
Layihənin özəlliyi ondan ibarətdir ki, kabel üçün bütün proqram təminatı və
avadanlıqlar Çində hazırlanıb və istehsal edilib ki, bu da onun xarici
şirkətlərdən müstəqilliyini artırır.
Mənbə: South China Morning Post