667bc8a0-ec6c-4e22-a45c-74f38e8e0c26..jpg

Çin fəlakətə hazırlaşır

Baxış sayı: 588 dəfə baxılıb.

Çin fəlakətə hazırlaşır

Çinin Dövlət Meteorologiya Mərkəzi güclü yağışlarla əlaqədar ölkənin cənubu və
cənub-şərqi üçün orta (sarı) xəbərdarlıq səviyyəsinin davam etdiyini bildirib.
Məlumata əsasən, ayrı-ayrı ərazilərdə 220 mm-ə qədər yağıntı düşəcək.

Fujyen, Quandun, Szyansi əyalətlərində, qismən Hunan əyalətinin mərkəzi
hissəsində, həmçinin Tayvan adasında intensiv yağış yağacağı, şimşək çaxacağı
və güclü küləyin əsəcəyi gözlənilir.

Xatırladaq ki, çərşənbə axşamı Quandun və Fujyen sahillərini “Haikui” tropik
qasırğası vurub. Onun qərbə doğru irəlilədikcə zəifləyəcəyi gözlənilir.

Mənbə: TASS

Source link