Çin hərbçiləri ABŞ HHD-nin göyərtəsində jurnalistlər olan “P-8A Poseidon” təyyarəsinə altı xəbərdarlıq atəşi açıblar.
Bu barədə ÇıxışYolu.Com “Mirror”a istinadən xəbər verir.
Təyyarə Cənubi Çin dənizindəki mübahisəli adalar üzərində missiyanı həyata keçirib.
Nəşr qeyd edir ki, şifahi xəbərdarlığa rəğmən, amerikalılar Çinin hava məkanını tərk etməyiblər.
Ekipaj bildirib ki, “neytral hava məkanında” qanuni hərbi fəaliyyət həyata keçirir.
Bundan sonra Çin HHQ xəbərdarlıq atəşi açıb.
Jurnalistlər dörd süni ada üzərindən uçublar. Bu adalar Vyetnam, Çin və Filippin arasında mübahisə predmetidir.
KİV-in məlumatına görə, adalarda Çinə məxsus çox sayda hərbi obyektlər var, limanlarda isə Çin hərbi gəmiləri növbə çəkir.