Çin Inı ölümdən qurtarmağın yolunu tapıb

Çin Inı ölümdən qurtarmağın yolunu tapıb

Baxış sayı: 1. 933 dəfə baxılıb.

Çin hökuməti Donald Trampla görüşmək üçün Sinqapura yollanan KXDR lideri Kim Çen Inın təyyarəsini qorumaq məqsədilə öz qırıcılarını havaya qaldıra bilər.

ÇıxışYolu.Com xəbər verir ki, Cənubi Koreyan HHQ-dən olan mənbə bu haqda “Southern China Morning Post”a açıqlama verib .

Mənbənin sözlərinə görə, Çin öz hava məkanında Inın təyyarəsinin hərbi müşayiətini təmin etsə bu, Pekinin Şimali Koreyaya güclü dəstək göstərdiyini üzə çıxaracaq.

“Dövlət başçısının qırıcılarla müşayiət olunması hava qüvvələrinin təmin edə biləcəyi ən yüksək təhlükəsizlik protokoludur”, -deyə nəşrin həmsöhbəti bildirib.

Şimali Koreya liderinin Sinqapura yollanacağı dəqiq marşrut hələ ki, məlum deyil . Ancaq ekspertlər hesab edir ki, Kim Çen In təhlükəsizliyin ən yüksək səviyyədə olması üçün sammitə məhz Çinin hava məkanıdan uçacaq

Qeyd edək ki, In Sinqapura 34 cangüdəni ilə yollanacaq.

.
www.ÇıxışYolu.Com