dc4d0729-513f-45c8-91ab-92ca8d2a09fa..jpg

Çin klubu “Qarabağ”ın aparıcı futbolçusunu transfer etmək istəyir

Baxış sayı: 556 dəfə baxılıb.

Çin klubu “Qarabağ”ın aparıcı futbolçusunu transfer etmək istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” klubunun futbolçusu Leandro Andrade karyerasını Çində davam etdirə
bilər.

Portuqaliyanın “Record” nəşri xəbər verir ki, “Şanxay Şenxua” 24 yaşlı
yarımmüdafiəçini transfer etməyə çalışır.

Hətta Çin təmsilçisinin Kabo Verdedən olan oyunçunun keçidi ilə bağlı
danışıqlar apardığı da iddia olunub.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın
“Braqa” klubu ilə üz-üzə gələcək.

Source link