Çin Konstitusiyasına düzəliş təklif olunub

Çin Konstitusiyasına düzəliş təklif olunub

Baxış sayı: 2. 551 dəfə baxılıb.

Pekində Çin Kommunist Partiyasının plenumunda ölkə konstitusiyasına düzəlişlə bağlı təklifə baxılacaq. Düzəlişlər ÇXR sədrinin iki il müddətə seçilmə məhdudiyyətinə aid olacaq. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Düzəlişlər qəbul olunsa, hazırkı Çin rəhbəri Si Cinpin 2023-cü ildən sonra üçüncü müddətə sədr seçilə biləcək.

Sin Cinpin 2012-ci ildə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi seçilib. Onun mart ayında keçiriləcək Ümumçin Xalq Nümayəndələri Qurultayında növbəti müddətə dövlət başçısı seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Ümumçin Xalq Nümayəndələri Qurultayı ölkə konstitusiyasına dəyişiklik etmək səlahiyyətinə malikdir.

www.ÇıxışYolu.Com