bb5d9ea1-29b7-433c-bff6-3ac353066e7d..jpg

Çin Ordusu təlimlərdə Tayvana havadan və dənizdən zərbələri məşq edir

Baxış sayı: 640 dəfə baxılıb.

Çin Ordusu təlimlərdə Tayvana havadan və dənizdən zərbələri məşq edir

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) hərbi təlimlərdə Tayvan adasına havadan və
dənizdən mümkün zərbələri məşq edir.

Təlimlər zamanı ÇXAO-nun bölmələri adada, eləcə də ona bitişik akvatoriyada
əsas hədəflərə zərbələr endirmək üçün məşq edir.

Xatırladaq ki, Çin Xalq Azadlıq Ordusu aprelin 8-də Tayvan adasının şimalında,
cənubunda və şərqində dənizdə və havada döyüş hazırlığı təlimləri və patrul
fəaliyyətini birləşdirən əməliyyatlara başlayıb. “Birgə qılınc” adlanan
əməliyyat aprelin 10-dək davam edəcək.

Çinin ada ətrafındakı təlimləri Tayvan lideri Tsay İnvenin Mərkəzi Amerikaya
səfəri zamanı Los Anecelesdə dayanaraq, ABŞ Nümayəndələr Palatasının spikeri
Kevin Makkarti ilə görüşündən sonraya təsadüf edir.

Mənbə: CCTV

Source link