Çin televiziyasında zarafat və gülmək qadağan edilib

Çin televiziyasında zarafat və gülmək qadağan edilib

Baxış sayı: 3. 197 dəfə baxılıb.

Çin hökuməti bədii sənət əsərlərində yumoristik çarxları və parodiyaları qadağan edib.

ÇıxışYolu.Com Sinxua agentliyinə istinadla xəbər verir ki, qadağa istər televiziyaya, istərsə də bloggerlərə şamil edilib.

Məmurların fikrincə, bu cür hallar “əsas sosialist prinsipləri pozur” və ölkə rəhbəri Si Tsipinin nüfuzuna xələl gətirə bilər.

Dövlət Administrasiyası mətbuat xidmətinin sənədinə əsasən, ölkənin nəşriyyat, radio, kino və televiziyasında “klassik ədəbiyyat və bədii əsərləri təhrif edən, məzxərəyə salan və ya təhqir edən” video-çarxlar qadağan edilir.

Pekin analitiki U Szyanın fikrincə, yeni qadağalara məhəl qoymayan televiziya işçiləri dərhal işlərindən azad ediləcək, bloggerlər isə bloklanacaq.

www.ÇıxışYolu.Com