Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını
ziyarət edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət
Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının
Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen
Yueyuenin başçılıq etdiyi nümayəndə heyəti mayın 14-də Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən
övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər
düzüblər. Eyni zamanda, “Əbədi məşəl” abidəsi ziyarət olunub.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən nümayəndə
heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən
abadlıq-quruculuq işləri barədə məlumat verilib.