Tanınmış müğənni Çinarə Məlikzadə Türkiyədə ev alır. Sənətçinin Türkiyənin istirahət bölgəsi olan Bodrumda ev alması ilə bağlı mətbuatda xəbərlər yayılıb.
Yayılan məlumatın doğru olub-olmamasını öyrənmək üçün ÇıxışYolu.Com-ın əməkdaşı Çinarə Məlikzadə ilə əlaqə saxlayıb.
Dəstəyi qaldıran müğənninin meneceri Tural sözügedən məsələyə bu cür münasibət bildirib: “Çinarə hazırda Bakıda yoxdur, Türkiyədədir. O, Bodrum şəhərində ev almaq niyyətindədir. Bununla əlaqədər həmin şəhərdə bir neçə evə göz də gəzdirib. Sentyabr ayında evin alınması gözlənilir. Bu barədə daha dəqiq informasiya olan kimi sosial media hesabında paylaşım edəcəyik”.
Yayılan xəbərə görə, sənətçi Türkiyədə 40 konsert üçün müqavilə imzalayıb, bu da onu daşınmaz əmlak almağa vadar edən səbəblərdən olub. Sənətçi Bodrumdakı mənzil üçün milyon lirəyə qədər pul xərcləyəcək.
Qeyd edək ki, Çinarə Məlikzadə erkən yaşlarından ifa etməyə başlayıb və həmişə populyar müğənni olmağı arzu edib.
O, təkcə Azərbaycanda deyil, bütün dünyada məşhurlaşmaq istəyir. Siyahısında ilk ölkə tez-tez konsert verdiyi Türkiyədir. Çinarənin səs və vokal imkanlarını bəyənən məşhur müğənni Mustafa Ceceli onunla duet oxuyub. Onlar birlikdə çalışmaq üçün müqavilə imzalayıblar.
Rəşad Əliyev