54f65f0c-3fee-41e2-95ae-48f0f8257486..jpg

Cinayət əməlində təqsirləndirilən şəxs istintaq təcridxanasına aparılarkən ölüb

Baxış sayı: 899 dəfə baxılıb.

Cinayət əməlində təqsirləndirilən şəxs istintaq təcridxanasına aparılarkən ölüb

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar
barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən
şəxs vəfat edib.

DİN-in mətbuat xidmətindən Cixisyolu.com-a bildirilib ki, Cinayət Məcəlləsinin 234-cü
(narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar
cinayətlər) maddəsi ilə təqsirləndirilən 1994-cü il təvəllüdlü Təbriz Şəfiyev
istintaq təcridxanasına aparılarkən narkotik vasitələrin aludəçisi olduğundan
səhhəti qəfil pisləşdiyi üçün ona ilkin tibbi yardım göstərilib. Bütün tibbi
müdaxilələrə baxmayaraq, o, xəstəxanaya aparılarkən ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin
və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin
xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Source link