Çində ABŞ diplomatına “akustik hücum”

Çində ABŞ diplomatına “akustik hücum”

Baxış sayı: 2. 487 dəfə baxılıb.

Çində mənşəyi məlum olmayan akustik təsirdən zərərçəkmiş Amerikalı diplomatda müşahidə olunan simptomlar, bundan əvvəl Kuba səfirliyinin əməkdaşlarında  qeydə alınan simptomlara bənzəyir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo Konqresdə etdiyi çıxışda bildirib.

“Quançjouda belə bir insident yaşanıb. Tibbi simptomlar Kubada çalışan amerikalı işçilərdə müşahidə olunan simptomlarla demək olar ki eynidir”, – deyə Pompeo qeyd edib.

Səhhətində problemlər yaşanan diplomat ABŞ-a göndərilib və mayın 18-də səfirlik ona yüngül kəllə beyin travması diaqnozunun qoyulduğunu öyrənib.

Pompeonun sözlərinə görə, dövlət departamenti  baş verən hadisənin səbəbinin müəyyən edilməsi ilə bağlı Çin hökumətinə müraciət edib.

Rəsmi Pekin Vyana konvensiyasının tələblərini rəhbər tutduğunu və diplomatların təhlükəsizliyini təmin edəcəyini bəyan edib.

Dövlət departamenti səfirlik əməkdaşlarını görmə və ya eşitmə ilə bağlı hər hansı problemlər yaşandıqda dərhal Vaşinqtonu bu barədə məlumatlandırmağa çağırıb.

.
www.ÇıxışYolu.Com