Çinin paytaxtı Pekində ağır yol-nəqliyyat hadisəsi baş verib. Narkotik vasitələrin təsiri altında olan sürücü yol polisi əməkdaşının onu saxlamaması üçün yolun kənarına çıxıb və yüksək sürətlə idarə etdiyi avtomobillə piyadaları əzib.
ÇıxışYolu.Com xəbər verir ki, hadisənin həvəskar görüntüsü “Liveleak” portalında dərc olunub.
Hadisə nəticəsində ikisi ağır olmaqla, üç nəfər yaralanıb. Zərərçəkənlərdən biri sürücünü saxlamağa çalışmış yol polisi əməkdaşıdır. Toqquşma nəticəsində onun əlləri və ayaqları sınıb.
İnsidentlə bağlı araşdırma aparılır.