Çində avtomobil satışı üçün avtomatlar quraşdırılıb – VİDEO

Çində avtomobil satışı üçün avtomatlar quraşdırılıb – VİDEO

Baxış sayı: 3. 534 dəfə baxılıb.

Quançjouda Çində ilk olaraq, avtomobil satışı üçün vendinq aparatı prinsipi ilə işləyən avtomat quraşdırılıb.

ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, layihəni Çinin internet nəhəngi “Alibaba” ABŞ-ın maşın istehsalçısı “Ford”la birgə həyata keçirir.

Alışın həyata keçirilməsində vasitəçi olan internet məkanının başçısı Yuy Vey qeyd edib ki, avtomobil alışı prosesi artıq “Kola” bankasının alışı kimi asan olacaq.

Onun sözlərinə görə, iyirmi metrlik vendinq avtomatı özündə “Ford” markalı avtomobillərin 40-dan çox modelini yerləşdirən çoxsəviyyəli meydançadan ibarətdir. Xüsusilə burada Explorer SUV, “Mustang”, “Edge” və “Everest” modelləri təqdim olunacaq.

Avtomobil alışının həyata keçirilməsi üçün təqdim olunan maşınlar arasından bəyəndiyini seçərək, mobil əlavə vasitəsilə onu qeyd etmək və avtomobili aparatdan götürmək lazımdır.

Avtomobili kreditlə də əldə etmək olar. Bu halda modelin qiymətinin 10%-ni əvvəlcədən və Çin ödəniş sistemi vasitəsilə qalan məbləği aylıq ödəmək lazımdır.

Qeyd olunur ki, potensial alıcılar hətta avtomobili test-drayv üçün üç günlük götürə bilərlər. Nəqliyyat vasitəsinin seçilmə mexanizmi, analoji alışla və mobil əlavə vasitəsilə həyata keçirilir.

Alıcı əlavə olaraq, nəzərdə tutulan səfərin vaxtını göstərməli və selfi etməlidir. Avtomobilin buraxılışından əvvəl vendinq aparatına quraşdırılmış tanıma sistemi müştərinin üzünü eyniləşdirir və bu qayda ilə onun onlayn sifarişini təsdiq edir.

Layihənin müəllifləri qeyd edirlər ki, aparatın tam fəaliyyət göstərməsi üçün bir sıra təşkilati məsələləri həll etmək lazımdır. Məsələn, novator üsulu ilə əldə edilmiş maşınların nömrə nişanlarının verilməsi qanunla nizamlanmayıb.

Gələcəkdə bənzər avtomatlar Pekində və Xançjouda quraşdırıla bilər.

Əli Məmmədov

www.ÇıxışYolu.Com