3f9bbd7a-67b4-4132-8026-776752e3cf54..jpg

Çində Azərbaycan Ticarət Evi açılıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 674 dəfə baxılıb.

Çində Azərbaycan Ticarət Evi açılıb – YENİLƏNİB + FOTO/VİDEO

Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılış mərasimi
keçirilib. Bununla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi
şəxsləri, sahibkarlar, bu ölkədə akkreditə olunan diplomatik korpusun
nümayəndələri iştirak ediblər.

“Report” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq
tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış
Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Çin bazarında daha çox
tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və
genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata
keçirəcək.

Tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Çində
sayca 4-cü ticarət evinin ticarət və mədəni mübadilə üçün dinamik platforma
rolunu oynayacağını vurğulayıb.

Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin bu kontekstdə uğurlu fəaliyyəti
qeyd edilib. Bildirilib ki, digər 3 Azərbaycan ticarət evi Çinin başqa tanınmış
şəhərlərində – Qingdao, Çengdu və Canciaciyedə uğurla fəaliyyət göstərir.
Bundan əlavə, Azərbaycanın Şanxay, Harbin, Jinan və Uhanda yerləşən 4 ticarət
bölməsi var. Qeyd edilənlərlə yanaşı, Urumçi və Şanxay kimi şəhərlərdə artıq 3
Azərbaycan şərab evi var. Asiya regionu daxilində Çin bazarı şərab
məhsullarının əsas istehlakçısı kimi Azərbaycan üçün böyük potensial təklif
edir.

Qeyd olunub ki, xaricdə, xüsusən də Çində Azərbaycan ticarət evlərinin
yaradılması müsbət nəticələr verib, yerli məhsullarımızın tanıdılmasına,
ixracın artmasına, “Made in Azerbaijan” brendinin səmərəli nümayişinə şərait
yaradıb

17:46

Azərbaycanın Çində işgüzar səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov
Azərbaycan Ticarət Evinin açılış mərasimində iştirak edib.

Bu barədə nazir “X” sosial şəbəkə hesabında məlumat verib.

“Bu gün Çində növbəti, Pekin şəhərində isə ilk Azərbaycan Ticarət Evinin
açılışı olub. Ticarət Evinin fəaliyyəti Azərbaycan və Çin arasında iqtisadi
əlaqələrin şaxələndirilməsinə və ticarət dövriyyəsinin artırılmasına töhfələr
verəcək”, – nazir bildirib.

Bu gün Çində növbəti, #Pekin
şəhərində isə
ilk#Azərbaycan

Ticarət Evinin açılışını etdik. Ticarət Evinin fəaliyyəti ölkələrimiz arasında
#iqtisadi
əlaqələrin şaxələndirilməsinə və#ticarət

dövriyyəsinin artırılmasına töhfələr verəcək.#EconomyAz

pic.twitter.com/bLMbFxT37d
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 3, 2023


Source link