Çində bir neçə yeni “Xiaomi” elektromobili qəzaya uğrayıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çində “Xiaomi” şirkətinin bir neçə yeni elektrik avtomobili qəzaya uğrayıb.
Hadisə şahidləri sosial şəbəkələrdə ən azı üç belə hadisənin görüntülərini
dərc ediblər.
Ehtimal olunur ki, qəzalar müştərilərə sınaq üçün verilən avtomobillərdə baş
verib.
Xatırladaq ki, martın 28-də Çində “Xiaomi SU7” elektrik avtomobillərinin
satışına başlanılıb. Sedanın ilkin versiyasında elektrik mühərrikinin gücü 299
at gücünə, ikimühərrikli versiyasında isə 673 at gücünə malikdir və 100
kilometr/saat sürəti 2,78 saniyəyə yığmağa qadirdir.
Elektromobilin akkumulyatoru bir dəfəyə maksimum 800 kilometrə bəs edir.
“Xiaomi SU7”nin qiyməti 215 900 yuandan (təxminən 50 min manatdan) başlayır.