Çinin Syansu əyalətində boşanmaq istəyən cütlüklər xüsusi imtihan verməli olacaq. Həmin imtahanın nəticələri onların gələcək aqibətini müəyyən edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Nikahın ləğv olunması üçün ərizə vermiş şəxs həyat yoldaşı barədə 100 sualı cavablandırmalı olacaq. Xüsusilə, testdə ərizəçi həyat yoldaşının doğulduğu tarixi, hansı yeməyi daha çox sevdiyini göstərməlidir.
Bundan başqa boşanmanı rəsmiləşdirəcək səlahiyyətli qurum ər-arvadın nikah ərzində neçə dəfə birgə səyahətə yollandığını , sevgi münasibətlərinin nə qədər müddət çəkdiyini, ailədə ev işlərinin hansı şəkildə bölüşdürüldüyünü öyrənir.
İmtahanda 60 faizdən çox nəticə qeydə alındıqda, qurum cütlüyə boşanma qərarını yenidən götür-qoy etmələri üçün vaxt verir. Nəticə 60 faizdən aşağı olduqda bu nikahın ciddi təhlükədə olduğunu göstərir və boşanma qeydiyyata alınır.
Bir çox çinlilər yeni qaydanı sərt tənqid atəşinə tutub. Onlar bunun bir növ şəxsi həyata müdaxilə olduğunu hesab edir.