Çində dövlət sektorunda məşhur markalı prosessorlarının istifadəsi qadağan
ediləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çin hakimiyyəti dövlət sektorunda istifadə olunan kompüter və serverlərdəki
Amerika Intel və AMD prosessorlarını mərhələli şəkildə ləğv etmək üçün
tövsiyələr təqdim edib.
Bu təlimat həm də yerli seçimlərin xeyrinə “Windows” əməliyyat sistemindən və
xarici məlumat bazası proqramından uzaqlaşmaq məqsədi daşıyır.
Qeyd olunur ki, dövlət qurumları çiplər və proqram təminatı alarkən
təhlükəsizlik və etibarlılığa diqqət yetirməlidirlər.
Pekin bu addımı Vaşinqtonun Çinə mikroçip və avadanlıq tədarükünü əhəmiyyətli
dərəcədə məhdudlaşdıran sanksiyaları səbəbindən atıb.
Mənbə: Financial Times