Şənbə günü Çinin Junçen şəhər limanında (Şandunun şərq əyalətində) dayanmış gəmilərdən birində qaz sızması nəticəsində 8 nəfər ölüb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Şanxayın “Penpay” portalı məlumat yayıb.
Hadisə günün ikinci yarısında yük gəmisində baş verib. İnsanların karbon qazından zəhərlənərək öldükləri bildirilir.