Çində həbs olunmuş avstraliyalı yazıçı Yan Xentsünə qarşı rəsmi olaraq casusluq ittihamı irəli sürülüb.
Bu haqda yazıçının vəkili Rob Stariyə istinadən ABC News telekanalı bildirir.
Avstraliya XİN-in başçısı Meris Peyn məlumatı təsdiqləyib:
“Hökümətimiz akademik Yan Xentsünun həbs olunması və casusluqda ittiham olunmasından çox narahatdı”.
O, bildirib ki, ittihamla bağlı əlavə məlumat hələ ki əldə olunmayıb.