Çində kəndlilər Buddanın 1400 illik heykəlini rəngləyiblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çinin cənub-qərbində yerli sakinlər Buddanın 1400 illik heykəlini al-əlvan
rənglərlə boyayaraq, onu zədələyiblər.
Qeyd olunur ki, heykəlin onların istəklərini yerinə yetirdiyini düşünən
sakinlər bu əməli təşəkkür məqsədilə ediblər.
Sıçuan əyalətinin Nantsyan dairəsində yerləşən Budda heykəli Şimali Vey
dövrünün sonunda (386-534) yaradılıb və buddist mədəniyyəti və incəsənəti ilə
bağlı tədqiqatlar sahəsində böyük dəyərə malikdir. Bu, Sıçuan əyalətində daşdan
oyulmuş yeganə heykəllərdir.
Yerli mədəni qalıqların mühafizəsi bürosunun rəsmisi bildirib ki, artefakt
2021-ci ildə aşkar edilib və hələ də irsin qorunması siyahısına daxil
edilməyib. O qeyd edib ki, heykələ zərər vuran kənd sakinlərinin yaşı 70-80
arasında olub.
“Yəqin ki, onları cəzalandırmaq olmaz. Onları yalnız maarifləndirmək
lazımdır”, – deyə o əlavə edib.
Hadisə yerinə baxış keçirmək üçün dəvət olunmuş mütəxəssislər heykəlin akril
boyalarla rəngləndiyini və bərpa oluna biləcəyini bildiriblər.
Xatırladaq ki, bu, Çində ilk belə hadisə deyil. 2018-ci ilin avqustunda Sıçuan
əyalətindəki Fenqmen məbədindəki Budda heykəlləri yağlı boya ilə örtülmüş və
sementlə təmir edilmişdi.
Mənbə: NBC