Sosial şəbəkədə Çin vətəndaşının öz avtomobili ilə birlikdə dəfn olunmasının görüntüsü yayımlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, görüntülər YouTube video portalında yerləşdirilib.
Yaxınları mərhumun son istəyini yerinə yetirmək qərarına gəliblər. Videoda bildirilib ki, həmin şəxs onu tabutda deyil, öz avtomobilində dəfn olunmasını istəyib.
Kişinin cəsədi Hyundai Sonata markalı avtomobilin salonuna yerləşdirilib və bundan sonra ekskavator avtomobili qəbirə qoyub.