de5e01cd-3552-4958-914d-85f6ddde114f.webp

Çində maliyyə böhranı həyəcanı: Hökumət banklara milyardlarla dollar ayırır

Baxış sayı: 225 dəfə baxılıb.

Çin hökuməti 1990-cı illərin sonundan bəri ilk dəfə olaraq maliyyə sisteminin
böhranının qarşısını almaq üçün böyük banklara dövlət vəsaitlərinin təcili
şəkildə köçürülməsini elan edib. Bu proqramın təmin edilməsi üçün xüsusi xəzinə
istiqrazları buraxılacaq.

Cixisyolu.com “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Pekində keçirilən
mətbuat konfransında Çin Maliyyə Naziri Lan Foan məlumat verib.

O, dövlət banklarına köçürüləcək konkret məbləği açıqlamayıb. Nazir yalnız
dövlət istiqrazlarının buraxılışının əhəmiyyətli dərəcədə genişləndiriləcəyini
bildirib.

Məlumata görə, bazarda konyunkturanı dəstəkləmək üçün köçürmələrin həcminin 2
trilyon yuan (283 milyard dollardan çox) olacağı barədə fikirlər səsləndirilir.

Çində dövlət vəsaitlərinin dövlət banklarına böyük həcmdə köçürülməsi 1998-ci
ildən bəri ilk dəfədir baş verib. O zaman dünyanı qlobal maliyyə böhranı
sarsıtmışdı. Hətta ən böyük Çin bankları belə, tikinti-rieltor sektorunda
struktur böhranı səbəbindən qaytarılmayan kreditlərin həcmi böyük olduğu üçün
hazırda kəskin vəsait çatışmazlığı təhlükəsi ilə üzləşiblər. Maliyyə qurumları
həmçinin zəif işgüzar konyunkturanı stimullaşdırmaq üçün mərkəzi hakimiyyətin
getdiyi kredit faizinin azaldılması səbəbindən gəlirlərin əhəmiyyətli dərəcədə
azalmasından əziyyət çəkirlər.

Çin Maliyyə Naziri bu il dövlət büdcəsinin gəlirlərinin nəzərdə tutulmuş
səviyyədən aşağı olacağını və onun kəsirinin 4,06 trilyon yuan (574 milyard
dollar) təşkil edəcəyini bildirib.

Source link