Çin süni intellektə malik nəhəng və nisbətən ucuz XLUUV pilotsuz sualtı gəmilərin istehsalına başlayacaq.
ÇıxışYolu.Com “South China Morning Pos”a istinadla xəbər verir ki, gəmilər müxtəlif məqsədlər, o cümlədən kəşfiyyat, minalanma və düşmən qayıqlarının taranı üçün istifadə olunacaq.
Robotlaşdırılmış sualtı qayıqların 2020-ci ildən sonra istifadəyə veriləcəyi gözlənilir.
Onlar insanların idarə etdikləri qayıqları əvəzləməyəcəklər, lakin ABŞ-ın Cənubi Çin dənizindəki və Sakit okeandakı hərbi gəmilərinin qarşısının alınmasında yardım göstərməlidirlər.